Keçid linkləri

Təcili xəbərlər
2021, 17 Aprel, şənbə, Bakı vaxtı 00:46

Xəstələnmiş müxalifətçinin arvadı onun Rusiyadan çıxarılmasını istəyir


Vladimir Kara-Murza

-

Bu həftə Moskvada müəmmalı şəkildə xəstələnmiş tanınmış müxalifətçinin həyat yoldaşı onun toksikologiya testlərindən keçmək üçün Avropa və ya İsrailə aparılmasını istəyir.

Rusiyada qətlə yetirilmiş müxalifət lideri Boris Nemtsov-un keçmiş məsləkdaşı Vladimir Kara-Murza mayın 26-da huşunu itirib və xəstəxanaya yerləşdirilib. Həyat yoldaşı onda “zəhərlənmə simptomları”nın olduğunu deyir.

“Durumu yaxşılaşmayıb; özünə gəlməyib,” Yevgenia AzadlıqRadiosu və digər media qurumlarına elektron məktubunda yazır.

Kara-Murza-nun böyrək çatışmazlığına görə qəbul etdiyi hemodializin də effekti olmayıb. Arvadı onun Rusiyadan təyyarə ilə çıxarılmasını, Avropa və ya İsrailə tibbi mərkəzə aparılmasını istəyir.

XS
SM
MD
LG