-
33 il keçəndən sonraməşhur aktyor Arnold Schwarzenegger “Barbar Konan” filminin davamında çəkiləcək.
Çəkilişlər payızda başlanacaq.
Yeni filmdə Konan artıq gənc deyil, amma 30 ildə onun gücü-qüvvəsi üzərinə həm də müdriklik gəlib.
“Konan əfsanəsi” adlanacaq filmdə 68 yaşlı Schwarzenegger ilə yanaşı “Barbar Konan”da rol almış bir neçə başqa aktyor da çəkiləcək.
Bodibildinq üzrə dünya çempionu Schwarzenegger-in Hollivud ulduzuna çevrilməsində 1982-ci ildə ekranlara çıxmış“Barbar Konan”ın böyük rolu olmuşdu.
Bu il Schwarzenegger “Terminator” filminin də davamında çəkilib.