Keçid linkləri

Təcili xəbərlər
2021, 31 İyul, şənbə, Bakı vaxtı 22:54

Milan Kunderanın yeni romanı bestseller oldu


Milan Kundera

-

Məşhur çex-fransız yazıçısı Milan Kunderanın ötən ilin sonunda çap edilmiş yeni romanı Fransa və İtaliyada bestsellerdir.

Braziliya, Çin, Hollandiya və İspaniyada da yaxşı satılır.

Gələn ay isə Britaniyada da çap olunacaq.

13 illik fasilədən sonra çap edilən roman "Qeyri-mühümlük festivalı" (The Festival of Insignificance) adlanır.

86 yaşlı yazıçının yeni romanı 100 səhifədən bir qədər artıqdır.

Romandakı hadisələr Parisdə baş verir. Dörd dostun ətrafında.

Onlar əvvəl Lüksemburq bağında gəzərkən, sonra isə bir tanışlarının düzənlədiyi məclisdə iştirak edərkən intellektual söhbətlər edirlər...

"The Telegraph"a istinadla OxuZalı

XS
SM
MD
LG