Keçid linkləri

2017, 23 Sentyabr, şənbə, Bakı vaxtı 22:20

Putin: "Məqsəd 2018-ci ildə Rusiyada keçirilməli olan çempionatı qadağan etməkdir"


Sepp Blatter və Vladimir Putin

Rusiya prezidenti Vladimir Putin Birləşmiş Ştatları FİFA-nın işlərinə müdaxilədə və Sepp Blatterin yenidən təşkilatın prezidenti seçilməsini əngəlləməyə cəhddə günahlandırır.

O mayın 28-də yerli televiziyaya müsahibəsində deyib ki, mayın 27-də 7 FİFA üzvünün həbsi məhz Blatterin yenidən seçilməsinə qarşı yönəlib.

Putin bildirib ki, FİFA prezidentinə təzyiqlərdə əsas məqsəd isə Rusiyada keçiriləcək dünya çempionatını qadağan etməkdir.

“Cümə günü FİFA prezidentliyinə seçki keçirilməlidir və cənab Blatterin yenidən seçilməsi üçün tam şansı var. Və biz bilirik ki, ona qarşı yönəlmiş təzyiqlərdə məqsəd, 2018-ci ildə Futbol üzrə dünya çempionatının Rusiyada keçirilməsini qadağan eləməkdir”-deyə o vurğulayıb.

O həmçinin FİFA-dakı həbslər, ABŞ Milli Təhlükəsialik Agentliyinin keçmiş əməkdaşı Edward Snowden və WikiLeaks saytının rəhbəri Julian Assang arasında paralellər aparıb.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG