Keçid linkləri

2026, 12 İyun, cümə, Bakı vaxtı 22:09

Yanan binaların sakinləri icra hakimiyyətlərini məhkəməyə verirlər

Binəqədidə yanan bina
Binəqədidə yanan bina

-

Bakının Xətai və Binəqədi rayonlarında hündürmərtəbəli yaşayış binalarında baş verən yanğınla bağlı bu faciədən zərər çəkmiş insanlar yaxın günlərdə məhkəməyə müraciət edəcək.

Bu barədə modern.az saytına sakinlər özləri məlumat veriblər. Artıq bununla bağlı bir sıra deputatlara müraciət edən sakinlər həm binaları üzləyən şirkətlərdən, həm də yaşadıqları Binəqədi və Xətai rayon icra hakimiyyətlərindən təzminat tələb edəcəklər.

Saytın yazdığına görə, sakinlər bu məsələ ilə bağlı maddi ziyanın dövlət tərəfindən deyil, bu işdə təqsiri olan və bilavasitə bu işə məsul olan qurumların ödəməsini istəyəcəklərini deyiblər.

Bayram günü olduğundan adları çəkilən rayon icra qurumlarının mövqeyini öyrənmək mümkün olmayıb.

This item is part of
XS
SM
MD
LG