Keçid linkləri

Təcili xəbərlər
2021, 02 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:01

İlham Əliyev: «Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək»


İlham Əliyev

-

«Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü əsasında həlli üçün kifayət qədər hüququ baza var».

Bunu prezident İlham Əliyev Respublika Günü ilə bağlı keçirilən rəsmi qəbuldakı çıxışında deyib.

İlham Əliyev deyib ki, «erməni lobbisinin çirkin səylərinə baxmayaraq, biz Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğunu sübut edə bilmişik».

Prezident bildirib ki, bu gün Azərbaycanın siyasi çəkisi Ermənistanın çəkisi ilə müqayisəedilməz səviyyədədir.

O, Azərbaycan iqtisadiyyatının Ermənistan iqtisadiyyatından azı 10 dəfə böyük və güclü olduğunu da bildirib.

İlham Əliyev münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacağını, Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcəyini də bildirib.

XS
SM
MD
LG