Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:44

Sahib Məmmədov: «Əfv olmayacaq»


Sahib Məmmədov
Sahib Məmmədov

-

Rəsmi olmasa da, qeyri-rəsmi bir ənənə var. Adətən 28 May Respublika Günü öncəsi prezident İlham Əliyev əfv sərəncamı imzalayır.

Bir müddətdir ki, mətbuatda may ayında əfv olacağı ilə bağlı məlumatlar yer alırdı. İnsan hüquqları üzrə Birgə İşçi Qrupun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu bir müddət öncə AzadlıqRadiosuna bildirmişdi ki, əfv siyahısı prezidentə göndərilib. Həmin siyahıda 15-16 siyasi məhbusun da adı var.

İşçi Qrupun digər üzvü Sahib Məmmədov AzadlıqRadiosuna deyir ki, əfv olmayacaq:

«Güman etmirəm ki, əfv olsun. Hərtərəfli iş gedir. Ola bilsin ki, sənədlərin hazırlanması prosesi çatdırılmayıb. İndi işlərin çox vaxtıdır. Gələcəkdə əfv sərəncamını qəbul etmək üçün yaxşı hadisələr var. Mən Tofiq Yaqublunun, İlqar Məmmədovun adının əfv siyahısında görməkdən məmnun olardım».

Sonuncu dəfə prezident İlham Əliyev bu il martın 18-də əfv sərəncamı imzalayıb. Sərəncam 101 məhkuma şamil olunub. Onlardan 90 nəfər həbsdən buraxılıb, 7 nəfərin cəriməsi bağışlanıb, 4 nəfər isə islah işlərindən azad olunub.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG