Keçid linkləri

Təcili xəbərlər
2021, 20 İyun, bazar, Bakı vaxtı 03:44

İki erməni atlet Bakıya gəlməkdən imtina etdi


Erməni atlet Vahagn Davtian

Mayın 26-da Ermənistan Olimpiya Komitəsi bildirib ki, Bakıdakı 1-ci Avropa Oyunlarına 25 idmançı göndərəcək.

Amma 2 tanınmış idmançı - olimpiya oyunlarının gümüş mükafatçısı Arsen Culfalakyan və bürünc mükafatçısı Artur Aleksanyan Bakıya getməkdən imtina ediblər.

Bundan qabaq Culfalakyan demişdi ki, Bakıda erməni idmançılara qarşı psixoloji təzyiqlərin olacağından ehtiyatlanır. Amma Ermənistan Olimpiya Komitəsinin rəhbəri Grachya Rostamyan deyib ki, təhlükəsizlik məsələləri həll edilib və bu baxımdan erməni atletlərə heç bir problem yoxdur".

Erməni idmançılar Bakıda atıcılıq, taekvando, cüdo, boks və s. idman növlərində yarışacaqlar.

XS
SM
MD
LG