Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Noyabr, şənbə, Bakı vaxtı 04:19

Ukraynanın şərqində gedən son toqquşmalarda 6 nəfər ölüb


Foto arxiv

Son 24 saat ərzində Ukraynanın şərqində gedən toqquşmalarda 4 rusiyapərəst separatçı,1 Ukrayna əsgəri və 1 mülki sakin ölüb.

Ukrayna ordusunun sözçüsü Andriy Lysenko jurnalistlərə bildirib ki, mülki sakin Donetskin yaxınlığındakı Koks-kimya zavoduna mərmi düşməsi nəticəsində ölüb.

Onun sözlərinə görə, zavodda baş verən yanğın nəticəsində kiçik sızma baş verib.

Amma Lysenko əlavə məlumat verməyib.

Onun sözlərinə görə, baş verən son toqquşmalarda ümumilikdə 12 Ukrayna əsgəri yaralanıb.

Hər iki tərəfin məlumatına görə, ən ağır toqquşmalar Mariupol şəhərinin ətrafındakı Şirokine kəndində olub.

Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində gedən toqquşmalarda 6 mindən çox adam ölüb.

XS
SM
MD
LG