Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:36

Zəlzələ Xalxal mahalına 3 milyon dollar zərər yetirib


Zəlzələdən sonra Xalxalın kənd əhalisinin çoxu didərgin düşüb
Zəlzələdən sonra Xalxalın kənd əhalisinin çoxu didərgin düşüb

Ərdəbil vilayətinin Xalxal mahalının fərmandarı Möhsün Eydi noyabrın 7-si səhər tezdən baş verən zəlzələnin bu mahala 30 milyard rial (3 milyon ABŞ dollar) zərər yetirdiyini bildirib.


3.4 bal gücündə olan zəlzələ insan tələfatına səbəb olmasa da Xalxal mahalının kənd təsərrüfatı ilə məşğul olan 105 min əhalisinin gündəlik həyatını pozub. Onların yaşadığı ev, habelə mal-qara və ərzaq sursatlarının saxlanıldığı binalar zəlzələ nəticəsində uçurulub. Bununla da Xalxalın kənd əhalisinin çoxu didərgin düşüb.


Zəlzələdən iki gün sonra onun iqtisadi ziyanları barədə hesabat verən yerli nümayəndələr kənd təsərrüfatına dəyən zərərin 2 milyon dollara yüksəldiyini bildiriblər. Mahalın dövlət binaları, təhsil ocaqları, şose yolları və körpülərinə dəyən zərər isə bir milyon dollar cuvarında təxmin edilir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG