Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 14:11

AzadlıqLive-Leyla Əliyeva: "Boşanmağımızı rəsmiləşdirməyin vaxtı çatıb"

AzadliqLiveTV-də mayın 27-də bu və digər mövzuları müzakirə edirik

17:41 29.5.2015

Ermənistanda Apaga kəndinin suyunu çəkib, baş nazirin və qohumlarının balıq hovuzlarına yönəldirlər

Ermənistanda Apaga kəndi tezliklə susuz qala bilər- kəndin su quyuları quruyur.Kəndlilər buna görə ölkənin baş nazirini suçlayırlar, deyirlər ki, kəndin suyu baş nazir Hovil Abrahimyana və onun qohumlarına məxsus olan balıq fermalarına axır.Apagalılar iddia edirlər ki, beş-altı il əvvələ qədər onların su dərdi yox idi, Sovet dövründən qalma artezian quyuları iki min evlik kəndi geninə boluna su ilə təmin edirdi.Amma indi quyular elə quruyub ki, bahalı elektrik nasosları da suyu çıxara bilmir.Apaga kəndi Ermənistanın cənubunda, Ararat vadisində yerləşir.

​Balıq fermalarının sahibi olan şirkətlərdən biri də baş nazirin arvadı Julieta Abrahamian-a məxsusdur. Bir il əvvəl baş nazirin qardaşı Henrik Abrahamian Mkhchianda qızı Merinin adına bir balıqçılıq şirkəti qeydiyyatdan keçirmişdi. Baxmayaraq ki, baş nazirin ailəsi özü bu ərazidə balıq fermaları açır, onun hökuməti Ararat vadisində su quyularının quruması, ərazidə ekoloji problemlərin olması barədə bəyanatlar da verir.AzadlıqLive-da

16:22 29.5.2015

Azərbaycan əsgərini özünü öldürmə həddinə kim və nə çatdırır?

...Ana süpürgəçilik edir, uşaq böyüdür. Oğul böyüyüb Orduya gedir, ordan ölüm xəbəri gəlir...

Ana ay yarımdır, suallarına cavab ala bilmir ki, oğlunu özünü öldürmə həddinə kim çatdırıb?

Azərbaycan Ordusunda əsgərə nə etmək lazımdır ki, çıxış yolunu özünü öldürməkdə görsün?

İntihar etmiş 25 yaşlı əsgər Səməd Miriyevin anası Ərkinaz Məmmədova AzadlıqLive-a danışır

14:41 29.5.2015

Vəkil Aslan İsmayıl: "Villaların söküntüsü dayanıb"

Aslan İsmayıl Azadlıq Radiosunun sualına belə cavab verir.

- İki gündür söküntünün olmadığını deyirsiniz. Bəlkə də söküntü işləri müvəqqəti dayandırılıb, bəlkə də heç olmayacaq. Sizcə, həmin villaların sökülməmə ehtimalı varmı?

- Çox böyük ehtimal ki, həmin villalar sökülməyəcək. Həmin villaların sahibləri sadə vətəndaşlar olsaydı çoxdan şumlamışdılar. Amma deyirlər ki, o villarlar DİN-nin generallarının, icra başçılarının və digər yüksək vəzifəlilərindir. Problemin kökü korrupsiyadır. İkinci məsələ də prezident çıxış edir. Bir-iki ay kampaniya aparırlar sonra hər şey qayıdır öz yerinə. Çünki, Azərbaycanda həqiqətən də problem həll etmək istəmirlər. Ölkədə bir dənə də olsun normal park yoxdur. H.Əliyev sarayının qarşısı parkdır deyir. Haram xoşları olsun büdcədən pul oğurlamaq istəyirlər, oğurlasınlar. Harda görünüb, parkı mərmər etsinlər? Yayda sərinləmək üçün parkda oturmaq istəyirsən, gündən qızmış daşlar adamı bişirir. Bu Fəvvarələr Meydanında belədir, digər yerlərdə də. Bütün yaşıllığı məhv ediblər. Bax, əsas məsuliyyəti buna imkan yaradan icra məmurları daşıyır. Bu gün Bakıda bir dənə də olsun yaşıllıq qalmayıb.

Aslan İsmayılla ətraflı söhbət AzadlıqLive-da

Gözlə

No media source currently available

0:00 0:09:50 0:00
Direct-ə keçid

14:22 29.5.2015

Nizami Piriyev mətbuata açıqlama verir

AzMeCo şirkətinin Direktorlar Şürasının Sədri Nizami Piriyev mətbuata açıqlama verib. “Rəhbəri olduğum Azərbaycan Metanol Zavodunun tikintisi və fəaliyyət göstərməsi ilə bağlı Azərbaycan Beynəlxalq Bankından götürdüyüm kredit vəsaitləri üzrə ödəmələrin gecikdirdiyim üçün başlanmış cinayət işi üzrə 08 may 2015-ci il tarixdə həbs edilmişdim.

İstintaq dövründə kredit borclarımın bir hissəsini ödəmişəm, eləcə də, kredit borclarımın digər hissəsinin ödənilməsi ilə bağlı Azərbaycan Beynəlxalq Bankı ilə razılıq əldə etmişəm. Ona görə də haqqımda seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi barədə müraciətimə müvafiq qaydada Bakı şəhəri Nərimanov rayon məhkəməsində baxılaraq barəmdə seçilmiş həbs qəti imkan tədbiri 28 may 2015-ci il tarixli qərarla ləğv edildi.

Hal-hazırda Azərbaycan Metanol Zavodunun işinə rəhbərlik etməkdə davam edirəm. "

Davamı

XS
SM
MD
LG