#AzadliqLiveTV Ailəsindən Xədicəyə ad günü sovqatı (Fotolar) http://t.co/J8qVZZdYFT
— AzadliqRadiosu (@RadioAzadliq) 27.5.2015
#AzadliqLiveTV Prezident İlham Əliyevə yaxın ofşor şirkətlər Azercell-i necə ələ keçirir http://t.co/0uYVK9rK0C via @radioazadliq
— AzadliqRadiosu (@RadioAzadliq) 27.5.2015
Piriyevin vəkili: "Kreditlərə görə, 20-30 nəfər həbsdədir"
Azərbaycan Beynəlxalq Bankına kreditlərin ödənilməməsi haqqında iş üzrə 20-30 nəfər həbs edilib. . Bu barədə Turan agentliyinə və “Amerikanın Səsi” radiosuna müsahibəsində iki oliqarxın - Azmeco şirkətinin rəhbəri Nizami Piriyevin və Beynəlxalq Bankın Dubaydakı nümayəndəsi Adil Hüseynovun vəkil Kamandar Nəsibov bildirib. Vəkil deyib ki, "təcrübəmdə ilk dəfədir ki, borcluların fırıldaqçılıqda ittiham edildiyini görürəm". Onun izahına görə, heç kim borcu girovsuz vermir. Əgər borcu qaytarmırlarsa, bu girovu hərracda satmaq olar.
Azadlıq qəzetinə haker hücumları
Azadlıq qəzeti bir neçə gündür ki, kütləvi haker hücumuna məruz qalır. Qəzetdən Turan informasiya agentliyinə deyiblər ki, qəzetin saytına ilk hücum mayın 17-də olub. DDOS hücumlar fasilələrlə Rusiyadan,Almaniyadan və Azərbaycandan olur. Hücumlar müəyyən materiallara aiddir