Keçid linkləri

2026, 23 Sentyabr, çərşənbə, Bakı vaxtı 01:41

AzadlıqLive-Leyla Əliyeva: "Boşanmağımızı rəsmiləşdirməyin vaxtı çatıb"

AzadliqLiveTV-də mayın 27-də bu və digər mövzuları müzakirə edirik

14:34 27.5.2015

Gömrükdın 1 ton banan keçirən də hansısa mımura bağlıdır

Azadlıq qəzeti: "Heç kimə sirr deyil ki, bu ölkədə hakimiyyətin yuxarı eşelonundan himayə almadan böyük işlər görmək mümkün deyil. Hətta gömrükdən 1 ton banan keçirdən sahibkar da hansısa məmura bağlıdır. Bu baxımdan Miryusif Mahmudovunfəaliyyət dairəsi daha geniş olub və gördüyü işlərin çəkisi milyardlarla ölçülür. Təbii ki, Miryusif Mahmudov bu böyük oyunçuların qurbanı oldu və «zəif bənd» seçildi".

14:15 27.5.2015

FİFA-nın 9 rəsmisi həbs olunub

ABŞ-da aparılan istintaq nəticəsində İsveçrədə korrupsiya ittihamı ilı Beynəlxalq Futbol Federasiyası FİFA-nın saxlanan rəsmilərinin sayı 9-a çatdı.New York Times qəzeti yazır ki, 9 rəsmiyə ittiham irəli sürülüb. Reuters isə mayın 27-də Sürixdə 6 rəsminin saxlandığını bildirir.

New York Times” qəzetinin yazdığına görə həbs olunanlar arasında FİFA -nın 2 vitse-prezidenti də var. Ancaq FİFA prezidenti Blatter yoxdur.

Sürixdə həbslər
Sürixdə həbslər

14:01 27.5.2015

Avropa İnsan Hüquqları Məhkəməsi jurnalist Tapdıq Fərhadğlunun şikayətini qəbul edib

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Turan agentliyi və “Amerikanın səsi” radiostansiyasının müxbiri Tapdıq Fərhadoğlunun (Quliyev) ərizəsini baxılmaq üçün qəbul edib. Jurnalistin maraqlarını müdafiə edən hüquqşünas Samirə Ağayevanın sözlərinə görə, şikayət ondan ibarətdir ki, BDU tələbələrinin etiraz aksiyasının işıqlandırılması zamanı jurnalistə hücum faktı hüquq-mühafizə orqanları tərəfindən araşdırılmayıb. Hücum nəticəsində jurnalist ciddi xəsarət alıb və iş qabiliyyətini qismən itirib.

2014-cü il fevralın 20-də T.Fərhadoğlu tələbələrin etiraz aksiyasını çəkərkən BDU mühafizə xidmətinin rəisi Mahir Xocatov jurnalisti bir neçə dəfə kürəyindən əli ilə vurub və təpikləyib.

Jurnalisin həmkarları bu faktı lentə alıblar. Faktiki olaraq, CM-in 163-cü maddəsində nəzərdə tutulan (jurnalistin qanuni fəaliyyətinə əngəl törətmək) cinayət törədilib.

Video və digər sübutların olmasına baxmayaraq, Yasamal Rayon Prokurorluğu fakt üzrə cinayət işinə başlamaqdan imtina edib. Jurnalist Yasamal məhkəməsinin müstəntiqinin fəaliyyətsizliyindən şikayət edib, lakin apellyasiya şikayəti də təmin olunmayıb.

13:44 27.5.2015

Bakı hər iki tərəfin təqib hədəfinə çevrilib

Stratfor : "Ukraynaya görə Moskvayla Qərbin münasibətləri pisləşəndən Bakının əhəmiyyəti xeyli artıb. Bu münaqişə dövründə Azərbaycan Şərqi Avropa və Qafqazda neytrallığını saxlayan yeganə ölkədir. Ukrayna, Moldova və Gürcüstan Qərbə inteqrasiya istəyir, Belarusla Azərbaycan Rusiyaya yaxınlaşır. Şərqi Avropa da bölündüyündən, Bakı hər iki tərəfin intensiv təqib hədəfinə çevrilib".

"Azərbaycan balans strategiyasından əl çəkdiyini göstərən hər hansı konkret qərar verməyib. Ancaq Bakı və Moskvanın qərarlar və bəyanatlarını diqqətlə izləmək lazımdır. Çünki bu bəyanat və qərarlartəkcə Azərbaycana deyil, Rusiya ilə Qərb arasında daha geniş regional və qlobal qarşıdurmalara təsir göstərir".AzadlıqLive-da

Davamı

XS
SM
MD
LG