İranın nüvə danışıqlarındakı əsas fiqurlarından biri bildirib ki, onun ölkəsi dünya gücləri ilə əldə olunmuş saziş çərçivəsinə uyğun olaraq BMT müfəttişlərinin hərbi obyektləri “müşaiyətli giriş”inə imkan yaradacaq.
İran xarici işlər nazirinin müavini Abbas Araqchi bu bəysnstı İrsn dövlət televiziyassı ilə verib.
Bundan bir qədər əvvəl, bəzi xəbərlərə görə o, xarici işlər naziri Mohammad Javad Zarif-lə birlikdə ölkə parlamentinin bağlı qapılar arxasında keçirilən gərgin iclasında iştirak etmişdilər.
Adının çəkilməsini istəməyən bir millət vəkili iclasda İranın qapalı hərbi obyektlərinə BMT müfəttişlərinin buraxılması məsələsinin müxzakirə olunduğu bildirib.
Bu, ölkənin ali rəhbəri Ayətullah Ali Khamenei-nin mayın 20-də verdiyi bəyanatla tam ziddiyyət təşkil edir. Ali rəhbər bildirmişdi ki, belə təftişlərə qətiyyən icazə verilməyəcək.
İran və dünyanın altı aparıcı gücü arasında yekun nüvə sazişi iyunun 30-dək imzalanmalıdır.
Bunun nəticəsində İran özünün nüvə fəaliyyətini xeyli məhdudlaşdıracaq və əvəzində onun üzərindəki ağır iqtisadi sanksiyalar qalıdırılacaq.
Mayın 24-də etdiyi çıxışda prezident Hassan Rohani ölkəni beynəlxalq sanksiyalardan xilas etmək üçün milli birliyə çağırıb.