Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:16

Donald Ramsfeld istefa verdi


Keçmiş müdafiə naziri Donald Ramsfeld
Keçmiş müdafiə naziri Donald Ramsfeld
Amerikanın müdafiə naziri Donald Ramsfeld istefa verib. Prezident Corc Buş yeni müdafiə nazirinin adını açıqlayıb. Bu, Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Robert Geytsdir. Corc Buş demokratları Konqresə seçkilərdə qələbə münasibəti ilə təbrik edib.

Az əvvəl demokratların liderlərindən biri Nensi Pelosi Donald Ramsfeldin istefasını tələb etmişdi: «Prezident tərəfdən istiqamətin dəyişdiyinə bir işarə olmalıdır. Prezidentin dəyişikliyə başlaya biləcəyi yaxşı yer Pentaqondur... Bu, onların yeniliyə, yeni ideyalara açıq olduqlarına bir işarə olar».


Demokratlar Konqresin Nümayəndələr Palatasında yerlərin yarıdan çoxuna sahib olublar. Bundan başqa, demokratlar Senatda 4 yer qazanıblar, amma Senata da nəzarət etmək üçün onlara daha 6 yer lazımdır.


Amerikanın İraqdakı səfiri isə deyib ki, respublikaçılar seçkini uduzsalar da, prezident Corc Buş İraqda siyasətini davam etdirəcək. Səfir Zalmay Xəlilzad bildirib ki, bu məsələdə Corc Buş Konqresin hər iki palatası ilə işləməyə hazırdır.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG