Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 11:54

İlham Əliyev Böyükşor bulvarının açılışında iştirak edib


Foto illüstrasiya
Foto illüstrasiya

-

Mayın 22-də prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Böyükşor bulvarının və parkının açılışında iştirak ediblər.

president.az-ın məlumatına görə, dövlət başçısı Böyükşor bulvarının və parkının rəmzi açılışını bildirən lenti kəsib.

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev İlham Əliyevə məlumat verib ki, bulvar və park ərazisində neftlə çirklənmiş torpaqlar təmizlənib.

Burada sahilboyu gəzinti zolağının uzunluğu 2.5 kilometrdir. Ümumi abadlıq işlərinin sahəsi 15 hektardan çoxdur.

İdman və uşaq oyun meydançaları qurulub, qaçış və velosiped, o cümlədən yaşıllıq zolaqları salınıb. Göldə fəvvarələr quraşdırılıb. Suyun səviyyəsinin və keyfiyyətinin idarə edilməsi üçün avtomatlaşdırılmış nəzarət-monitorinq sistemi yaradılıb. Gölün davamlı təmizliyinin və mühafizəsinin təmin edilməsi üçün xüsusi avadanlıq quraşdırılıb.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Böyükşor bulvarının və parkının ərazisini gəziblər.

Bildirilib ki, gölün birinci mərhələsi üzrə tikinti işləri başa çatdırılıb. Gölə neft sularının daxil olmasının qarşısının alınması üçün 1570 metr uzunluğunda xüsusi bənd inşa edilib. Bu bənd gələcəkdə 8 zolaqlı avtomobil yolunun özülü olacaq. Bənd gölü iki hissəyə ayırır və layihənin mərhələli icrasına şərait yaradır. Layihənin növbəti mərhələsində gölün digər tərəfinin təmizlənməsi işləri həyata keçiriləcək.

XS
SM
MD
LG