Keçid linkləri

2017, 23 Sentyabr, şənbə, Bakı vaxtı 07:58

Yanğına görə «JEK» müdiri də həbs olunub


Bakıda baş vermiş yanğın

-

Bakıda binada baş verən yanğınla bağlı 4 nəfər həbs edilib.

Baş Prokurorluğun saytında yayılan məlumatda deyilir ki, Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, istintaq-əməliyyat qrupu yaradılıb.

Cinayət işi üzrə 200-dən artıq şahidlər dindirilmiş, yanğının baş vermə səbəbləri, yanğın nəticəsində vurulmuş ziyanın müəyyənləşdirilməsi, tikinti-texniki, fiziki-kimyəvi, məhkəmə-tibbi və digər ekspertizalar təyin edilib, eyni zamanda, müvafiq prosessual hərəkətlər yerinə yetirilir.

Cinayət işində “poliuretan” istehsal edən “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov və Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib

Onlar Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilirlər..

Məlumata görə, istintaq-əməliyyat tədbirləri davam etdirilir və araşdırmaların nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG