Keçid linkləri

2017, 30 Aprel, bazar, Bakı vaxtı 11:23

“Rusiya nəqədər ki, əsas demokratik dəyərlər və beynəlxalq qanuna əməl etmir, onun böyük 7-lər qrupuna qayıtması ağılabatan deyil”.

Bunu Almaniyanın kansleri Angela Merkel mayın 21-də Riqadakı Şərq Tərəfdaşlığı sammitinə yollanmazdan əvvəl Bundestaqda çıxış edərkən deyib:

“Biz 7-lər qrupuna dəyərlərin cəmiyyəti baxırıq.Və bu azadlıq, demokratiya və qanunun aliliyi uğrunda birgə iş deməkdir.Bu millətlərin qanunları və ərazi bütövlüyünə əməl olunması deməkdir”-deyə o vurqulayıb.

Merkel bildirib ki, Rusiyanın Ukraynadakı hərəkətləri bunlarla bir araya sığmır.

Qərb Rusiyanı Ukraynanın şərqindəki separatçıları dəstəkləməkdə günahlandırır.

Moskva ittihamı rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG