Keçid linkləri

2017, 25 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:55

-

LG şirkəti orqanik işıq diodları (OLED) texnologiyası ilə hazırlanmış, qalığı 1 mm-dən az olan televizoru nümayiş etdirib.

Bu barədə «The Korea Times» yazır.

Qurğu Seulda keçirilmiş sənaye sərgisində təqdim edilib. 55-düymlük cihazın qalınlığı 0.97 mm, çəkisi 1.9 kq-dır.

Televizor maqnit altlığın köməyi ilə divara bərkidilir.

Modelin kütləvi istehsalına nə vaxt başlanılacağı açıqlanmayıb.

Orqanik işıq diodları texnologiyası ilə hazırlanmış ekranlar işıqlandırma tələb etmir. Onlar maye kristal ekranlarla müqayisədə daha nazik və yüngül, enerjiyə qənaətli, ancaq bahadırlar.

Hazırda LG şirkətinin əlçatan 55-düymlük OLED televizorlarının qalınlığı 4.3 mm-dir.

LG şirkəti aparıcı OLED ekran istehsalçısıdır. Bu sahədə əsas rəqibi «Samsung» şirkətidir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG