Keçid linkləri

2025, 24 İyun, çərşənbə axşamı, Bakı vaxtı 21:17

Zəncir çeynəməyim gəlir...


-

Bu şeirlər "Ədəbi Azadlıq-2015" müsabiqəsinin münsiflər heyətindən bal alsa da, bu, 20-liyə keçmək üçün bəs etməyib.

Nəriman Tolışi

YOL

I

Yol,

ulu yol.

Sevgiylə dolu yol.

Bir zaman

qollarını açıb

üstümə qaçardın.

Arzuma,

ümidlərimə

ömrümə işıq saçardın.

II

Yol,

xəstə yol.

Xəyanət etdin dosta, yol.

Artıq

heç yol da deyilsən.

Sənə yalnız istiqamət demək olar.

III

Yol,

ölü yol.

Ayrılığın,

sükütün qulu yol.

Düşmən keçdi səndən...

Talan keçdi,

yalan keçdi...

Külbaşının göz yaşı da

islatmaz qəbir daşını.

Barı öləydin ölənlər kimi,

üzüsulu, yol.

***

Fikrin ağzını cırmaq

tərbiyəsizlikdi, cənablar.

Siz bunu bilməzsiniz.

Onsuz da

həbsdədi dilim ağzımda.

Ürəyim bulanır,

söz udmaqdan.

Açın qardaşımın qollarını,

zəncir çeynəməyim gəlir.

Məmləkətin başçılarının eynək taxmaları

daha məntiqlidir.

Xalq utanır

gözsüz sifət görməkdən.

Heç olmasa,

azadlığı parodiya edən ölkədə

yaşamaq

keçir ürəyimdən.

Yoxsa,

insan olmaqdan

istefa edəcəyəm.

XS
SM
MD
LG