Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:06

Zakir Qaralov: “Yanğının qəsdən törədilməsi fərziyyəsi üzərində də işləyirik”


Zakir Qaralov
Zakir Qaralov

Üzlük istehsal edən “Global Construction” şirkətinə uyğunluq sertifikatını Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu verib.

APA-nın məlumatına görə, bunu Bakıda baş verən yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının mayın 20-də keçirilən ilk iclasında komissiyanın üzvü, baş prokuror Zakir Qaralov bildirib. Həmin iclasa prezident İlham Əliyev rəhbərlik edib.

Baş prokuror qeyd edib ki, hadisə baş verəndən dərhal sonra istintaq-əməliyyat qrupu hadisə yerinə çıxıb:

“Hadisə ilə əlaqədar həmin binaya vurulan üzlüklərin istehsalı ilə məşğul olan “Global Construction” şirkətinin rəhbəri Miryusif Mahmudov şübhəli şəxs qismində saxlanılıb. Araşdırmalar zamanı müəyyən edilib ki, Miryusif Mahmudov 2010-cu ildən bu işlə məşğul olmağa başlayıb və ona ilk uyğunluq sertifikatı da elə həmin il verilib.

Həmin sertifikatda yazılıb ki, bu üzlüklər inşaat sektorunda bina və tikililərin üzlənməsində istifadə edilə bilər. Ən əsas məsələ ondadır ki, bu işləri görən şirkət rayon icra hakimiyyəti ilə müqavilə bağlamadan 14 binanın üzlənməsini həyata keçirib. Binanın üzlənməsində tək bir materialdan istifadə olunmamalıdır, onların arasında izolyasiya materiallarından da istifadə edilməlidir. Təəssüf ki, bu materiallardan istifadə olunmayıb”.

Zakir Qaralov həmçinin bildirib ki, ən başlıca məsuliyyətsizlik bu işlərin qeyri-qanuni aparılmasıdır:

“ Artıq biz icra hakimiyyətində də günahkar şəxslərin dairəsini müəyyənləşdirmişik və həmin şəxslərlə bağlı da tədbirlər görüləcək. İstintaq-əməliyyat qrupu tərəfindən artıq 100-dən çox şahid dindirilib və müxtəlif ekspertizalar təyin olunub. Həmçinin hadisənin qəsdən törədilməsi fərziyyəsi üzərində də araşdırmalar davam etdirilir”.

Z. Qaralov bildirib ki, bütün günahkar şəxslərin qısa zamanda müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi təmin ediləcək.

İclasda İlham Əliyev istintaqın nəticəsi barədə həm özünə, həm də ictimaiyyətə məlumat verilməsi barədə tapşırıq verib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG