Keçid linkləri

Təcili xəbərlər
2021, 19 İyun, şənbə, Bakı vaxtı 11:46

İlham Əliyev daha bir yolun açılışını etdi


Foto illüstrasiya

-

Prezident İlham Əliyev mayın 19-da Bakı Olimpiya Stadionu ətrafında inşa olunan yol-nəqliyyat infrastrukturunun açılışında iştirak edib.

Xəbəri president.az saytı yayıb.

Olimpiya Stadionu ətrafında 82 min kvadratmetrlik ərazidə yaşıllıq sahəsi salınıb.

Prezident İlham Əliyev ərazidə piyadalar üçün nəzərdə tutulan yolla da tanış olub. Ərazidə uzunluğu 900 metrə, eni isə 30 metrə yaxın olan piyada yolu inşa edilib, yol üzərində iki tunel tikilib. Yolun qapalı hissəsinin uzunluğu 92, açıq hissəsinin uzunluğu 691 metrdir. Piyadalar üçün nəzərdə tutulan yolda 115 metr uzunluğunda kompleksə daxil olan üçüncü körpü də inşa olunub. Tuneldən keçən yollar Bakı Olimpiya Stadionu ilə Olimpiya şəhərciyini birləşdirir.

Şərhlər (5)

Bu forum dayandırılıb
XS
SM
MD
LG