İraqın Ramadi şəhərinin İslam Dövləti yaraqlılarından azad edilməsinə minlərlə şiyə döyüşçüsü cəlb edilib.
Anbar əyalətinin polis rəisi Kadhim al Fahdawi mayın 19-da bildirib ki, Ramadinin 7 kilometrliyinə yaxşı hazırlanmış böyük bir ordu yeridilib.
İslam Dövləti yaraqlıları Ramadini mayın 18-də zəbt ediblər.
Bu şəhər paytaxt Bağdadın təxminən 110 kilometrliyində yerləşir.
Hazırda ölkənin bir sıra əraziləri yaraqlıların əlindədir.