Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 15:04

Qız Qalası mükafat aldı


Qız Qalası
Qız Qalası

-

Şotlandiyanın Qlazqo şəhərində Avropanın 21 ölkəsinin nüfuzlu muzeyinin iştirak etdiyi «Avropada ilin muzeyi» müsabiqəsində Bakının Qız Qalası seçim mərhələlərindən keçərək «Muzeyin ictimai əhəmiyyətliyinin artırılması sahəsində əldə etdiyi mühüm nailiyyətlərə görə» nominasiyasında yer alıb.

«İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yaydığı xəbərə görə, Qız Qalası bu nominasiya ilə muzey işinin təkmilləşdirilməsi sahəsinə verdiyi əhəmiyyətli töhfəyə görə təltif edilib.

Avropa Muzey Forumu (European Museum Forum) tərəfindən keçirilən «Avropada ilin muzeyi» müsabiqəsi (EMYA - European Museum of the Year Award) dünyada muzey işi sahəsində ən nüfuzlu və böyük tarixi olan müsabiqələrdəndir.

1977-ci ildən hər il onlarla Avropa muzeyi bu yarışmada iştirak edərək nailiyyətlərini və qabaqcıl təcrübəsini həmkarları arasında paylaşmaq imkanı qazanır.

Müsabiqəgeniş ictimaiyyətin diqqətini muzeylərdə keyfiyyət səviyyəsinin artmasına və innovasiyalara cəlb etmək məqsədi daşıyır.

Şərtə görə, son iki ildə açılmış, yaxud eyni dövrdə əsaslı yenidənqurmadan keçmiş, yeni bölüm yaratmış muzeylər müsabiqədə iştirak edə bilərlər.

UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş Qız Qalası aparılan konservasiya işləri və yeni muzey ekspozisiyasının qurulmasından sonra 2014-cü ilin əvvəlində öz qapılarını ziyarətçilər üçün açıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG