Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:34

Yanğın haqda bütün xəbərlər bir arada

Ötən il mayın 19-da Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvandakı binada yanğın olub.​

Həmin günlər AzadlıqRadiosunun əməkdaşları hadisəni bütün detalları ilə çatdırmışdılar. Bir il öncəki canli live bloqu təqdim edirik.

Bloqun bloqun postları xronoloji ardıcıllıqla yerləşdirilib. Ən son məlumat ən əvvəldə verilib. Sonda göy rəngli «davamı» düyməsini basmaqla bloqu vərəqləmək olar.

14:22 20.5.2015

Hacıbala Abutalıbov: Qurban olum, ağlama

Bakı meri Hacıbala Abutalıbov yanan binanın sakinləri ilə görüşüb. Axar.az saytının çəkdiyi video:

12:27 20.5.2015

Penoplast necə yanır?

Rusiyada bir nəfər penoplastın necə yandığını təcrübə edərək Youtube-a yerləşdirib. Təcrübə zamanı penoplast bir neçə saniyə yandırılır. Penoplast tez alışır və yanmağa davam edir. Yanğın zamanı penoplastdan qara tüstü və maye formasında maddə süzülərək yanmağa davam edir

11:23 20.5.2015

Prezident yanğın yerində olub

Mayın 20-də prezident İlham Əliyev Binəqədi rayonunda yanğın baş vermiş binaya baxıb, son vəziyyətlə yaxından tanış olub.

ANS xəbər verir ki, dövlət başçısına yanğının ilkin səbəbləri, hadisə zamanı və sonra görülən tədbirlər, eləcə də xəsarət alanların son vəziyyəti, bina sakinlərinin yerləşdirilməsi və s. məsələlərlə bağlı ətraflı məlumat verilib.

Prezident İlham Əliyev vəziyyətlə tanış olduqdan sonra tədbirlərin maksimum dərəcədə operativ görülməsi üçün müvafiq tapşırıq və tövsiyələrini verib.

Azərbaycan prezidenti mayın 19-da çoxmərtəbəli binada baş vermiş yanğınla əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.

00:04 20.5.2015

HADİSƏ YERİNDƏN...

AzadlıqRadiosunun hadisə yerində olan müxbiri xəbər verir ki, hazırda binanı polislər nəzarətə alıb, sakinlərin harda olduğu bilinmir.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, sakinlərə dövlət pansionatlarında yer təklif olunur.

Mobilreportyor-a yazan vətəndaşlar deyirlər ki, sakinlər bu gecə pansionatlarda qalacaqlar.

Səndə bu haqda məlumar varsa, AzadlıqRadiosuna yaza, videoya, fotoya çəkib bizə göndərə bilərsən: Çəkdiklərini MobilReportyor-a belə çatdır: - Kompüterdən - Yükləmə səhifəsinə daxil olub oradakı qaydalara əməl etməklə foto və ya videolarını bizə göndər. - WhatsApp nömrəmiz (+420) 778 711 700 Görüntüləri elektron poçtla bura göndər: AzadAvropa.AzadliqRadiosu@gmail.com

Davamı

XS
SM
MD
LG