-
2015-ci il may ayının 1-ə olan məlumata görə, məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 29.2 min nəfərdir.
Bu barədə AzVision.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Komitə bildirir ki, onların 39.1%-i qadınlardır.
Bu göstərici 2015-ci il aprelin 1-dək 29.1 min nəfər idi (39.2%-i qadınlar).
Bundan başqa, işsizliyə görə müavinətin orta məbləği azalıb.
Belə ki, 2015-ci il aprelin 1-nə işsizliyə görə müavinətin orta məbləği 254.4 manat idisə, mayın 1-nə olan məlumata görə, orta məbləğ 6.1 manat azalaraq 248.3 manat təşkil edib.