Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 08:40

Qoyun-quzu harda otlasın?...


Arxiv fotosu
Arxiv fotosu

-

Gədəbəy sakini Tərlan Mehdiyev «Qaynar xətt»ə mal-qarasını otarmağa yer tapmamasından şikayət edib. Deyir, rayonda mal-qara ilə məşğul olmaqdan başqa əhalinin heç bir məşğulluğu yoxdur. Ancaq indi mal-qaranın otlaması üçün otlaq tapa bilmirlər. Bir zamanlar elin yaylağı olan ərazilər başqa adamlara satılıb:

«100-dən artıq qoyunum, 30 inəyim var. Ancaq otarmağa yer tapmıram. Otlaqlara yaxın gedən kimi hərə bir kağız çıxarır, ata-baba yaylaqlarımızda mal-heyvan otarmağa imkan vermirlər. Hərə əlinə bir kağız alıb deyir ki, buranı icra hakimiyyətindən satın almışam. Yaylaqlara gedənlərdən pul istəyirlər».

TORPAQLAR SATILIR

Nazirlər Kabinetinin sərəncamına görə, hər bir rayonda vətəndaşların ümumi istifadəsi üçün torpaq sahələri olmalıdır. Xüsusən əhali daha çox heyvandarlıqla məşğul olan rayonlarda. Bundan başqa, göllərə, çaylara və bir sıra qorunan ərazilərə bitişik torpaqların satılması qadağandır.

Gədəbəy rayon İcra Hakimiyyətindən isə məsələyə belə münasibət bildirilib:

«Örüş sahələrini fiziki şəxslər satın ala bilərlər. Görünür o yaylağı artıq kimlərsə alıb. Nazirlər Kabinetinin sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı qərarına əsasən, mal-qaranın baş sayına görə insanlara örüş sahələrindən ərazi satılır. Ən çox malı-qoyunu olanlara satılır».

İcra hakimiyyətinin nümayəndəsi bildirir ki, vətəndaşlara mal-qaralarını otarmaq üçün ayrıca sahələr də ayrılıb.

Tərlan Mehdiyevsə deyir, rayonda pulsuz örüş sahəsi qalmayıb. Satılmış örüş sahələrinə qoyun buraxmaq üçün örüş sahibi mal-qara sahiblərindən hər ay 200 manat verməsini tələb edir.

XS
SM
MD
LG