Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:59

Elnur Hüseynov: “Təslim olma, qəlbinin haqqı olan bir savaş var”


Elnur Huseynov
Elnur Huseynov

-

Azərbaycanı “Eurovision 2015” Mahnı Müsabiqəsində təmsil edəcək Elnur Hüseynov mayın 16-da ikinci rəsmi məşqini edib.

Təşkilat komitəsinin məlumatına görə, ilk məşqdən sonra Elnur tamaşaçıları ‘Hour of the Wolf’ mahnısına daha da yaxın etmək üçün kamera işinə bəzi dəyişikliklər edib. Kişi rəqqas Lukas isə qurd obrazına daha münasib olmaq üçün saç rəngini dəyişdirib.

Elnur Hüseynov deyir ki,“Bu, vəhşi təbiətdən ilham almış müasir bir rəqsdir, lakin, əslində, bütün bunlar biz insanlardan bəhs edir. Bu, çıxdaş edilməklə, fərqli olmaqla, özgə və ümidsiz olmaqla bağlıdır. Əslində, hamımız həyatımızda belə bir sınaqla üzləşmişik, elə deyilmi? Mahnının mesajı isə budur – təslim olma, qəlbinin haqqı olan bir savaş var! Ayağa qalx və bu dünyada dözümlülük, qəbul olunma və birlik uğrunda mübarizə apar.”

Elnur bir günlük geyimində dəyişiklik edib. Ötən ilin Eurovision qalibinə olan hörmətini göstərmək üçün üzərində Konçita Vursta aid “Conchita u r unstoppable” (Konçita sən qarşısıalınmazsan) yazısı olan tişörtlə səhnəyə çıxıb.

Elnur Hüseynov ‘Hour of the Wolf’u mayın 21-də ikinci yarımfinalda 11-ci nömrə altında ifa edəcək.

XS
SM
MD
LG