Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:39

İŞİD terrorçularının Avropaya mühacir adı altında keçdikləri iddia edilir


Miqrantları Avropaya qanunsuz daşıyan gəmi
Miqrantları Avropaya qanunsuz daşıyan gəmi

İŞİD terrorçularının Aralıq dənizindəki mühacir böhranından faydalanıb Avropaya mühacir adı altında keçdikləri iddia edilir.

Bu barədə BBC-yə məlumat verən Liviyanın hökumət məsləhətçisi Abdul Basit Harub deyib ki, onlar qayıqlarda gizlin yolla Avropaya aparılır. O, mühacirləri aparan qayıq sahiblərinin çoxunun İŞİD döyüşçülərinin təlimatı ilə hərəkət etdiyinin bildirib.

Harun deyib ki, “İŞİD gəlirin 50 faizini təşkilata verilməsi şərti ilə insan qaçaqçılarına işləməyə icazə verir”. Harun İŞİD üzvlərinin həbs edilmə riskini azaltmaq üçün qayıqda bir-birlərindən ayrı oturduqlarını da bildirib.

BMT təkcə bu ilin əvvəlindən 60 min adamın Aralıq dənizini keçməklə Avropaya girməyə çalışdığını bildirib.

2015-ci ildə təhlükəli dəniz səfərlərində ölən mühacirlərin sayı 1800 nəfəri keçib.

XS
SM
MD
LG