Keçid linkləri

2017, 20 Oktyabr, Cümə, Bakı vaxtı 18:01

-

Ukraynanın ədliyyə naziri Pavel Petrenko prezident Petro Poroshenko-nun dekommunizasiya haqqında imzaladığı qanunları «tarixi hadisə» adlandırıb.

Nazir «facebook» səhifəsində yazıb ki, artıq gələn həftə müstəqilliyinin 24-cü ilində Ukraynada kommunist ideologiyası qanunsuz sayılacaq.

O, həmçinin yazıb ki, Kommunist Partiyasının qadağan edilməsi haqda məhkəmə prosesi ədliyyə sistemindəki korrupsiyaya və hakimlərin dövlət üçün mühüm qərarlarla bağlı məsuliyyəti boyunlarına götürməyə hazır olmadıqları üçün dalana dirənib.

Bununla belə, ədliyyə naziri əmindir ki, indiki Ukrayna rəhbərliyi «cinayətkar kommunist ideologiyası ilə mübarizəni məntiqi sonluğa çatdıra biləcək».

Rusiya Dövlət Dumasının deputatı Frantz Klintsevich bildirib ki, dekommunizasiya haqda qanunları imzalamaqla Poroshenko «gec partlayan mina» qoyub. Onun fikrincə, bu sənədlərin imzalanması «prezidentin açıqca millətçi qüvvələr tərəfində oynadığını sözdən daha yaxşı ifadə edir».

Mayın 15-də Ukrayna prezidenti Ali Radanın apreldə qəbul etdiyi «Kommunist və nasist totalitar rejimlərin mühakiməsi və onların rəmzlərinin qadağan edilməsi», «Repressiya orqanlarının arxivinə çıxış», «XX əsrdə Ukrayna müstəqilliyi uğrunda mübarizə aparanların hüquqi statusu və xatirəsi» haqqında qanunları imzalayıb.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG