Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:40

II Avropa Oyunlarına ev sahibliyi edəcək ölkənin adı açıqlandı


Foto illüstrasiya
Foto illüstrasiya

-

50 milli olimpiya komitəsinin nümayəndələrinin səsverməsi ilə 2019-cu ildə II Avropa Oyunlarının keçiriləcəyi ölkə müəyyənləşib.

Əvvəlcədən gözlənildiyi kimi, səsvermənin favoriti olan Hollandiya bu hüquqa yiyələnib.

apasport.az saytının məlumatına görə, bu barədə qərar Avropa Olimpiya Komitəsinin (AOK) İcraiyyə Komitəsinin Türkiyədə keçirilən iclasında verilib. Yığıncaqda öncə Kosovo AOK-un sıralarına qəbul olunub. Bununla da qurumdakı ölkələrin sayı 50-yə çatıb.

I Avropa Oyunları iyunun 12-28-də Bakıda keçiriləcək.

XS
SM
MD
LG