Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:22

Britaniya qırıcıları yenə də Rusiya təyyarələrini “yola saldılar”


TU-95
TU-95

Britaniya Kral Hərbi Hava Qüvvələrinin Typhoon qırıcı təyyarələri iki Rusiya hərbi təyyarəsinin ölkənin hava sərhədlərinə yaxınlaşması ilə bağlı göyə qaldırılıb.

Britaniya Kral Hərbi Hava Qüvvələrinin Typhoon qırıcı təyyarələri iki Rusiya hərbi təyyarəsinin ölkənin hava sərhədlərinə yaxınlaşması ilə bağlı göyə qaldırılıb.

Britaniya Müdafiə Nazirliyi bildirir ki, Rusiya təyyarələri yenə də Şotlandiya yaxınlığında qeydə alınıblar.

Nazirliyin sözçüsü deyib ki, sərhədin pozulması baş verməyib və iki Rusiya bombardmançı təyyarəsi təhlükə təşkil etməyib.

Rusiyanın Tupolev 95 strateji bombardmançı təyyarəsi “Ayı” şərti adı ilə tanınır.

Təyyarələrin hava məkanına bu dəfəki yanaşması NATO-nun regiondakı təlim məşqləri ilə eyni vaxta təsadüf edib.

NATO hazırkı təlimlərdə Rusiya tərəfindən tətbiq edilən “hibrid müharibə” taktikasına qarşı tədbirləri öyrənir.

Hərbi ekspertlər bildirirlər ki, Britaniya Rusiya təyyarələrinin belə “əzələ nümayişi”nə öyrəncəli olub.

XS
SM
MD
LG