Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:33

İndoneziya əsgər qızların bakirəliyini yoxlayır


İnsan haqları fəalları İndoneziyanı milli orduya çağırılan qadın səfərbərlərin bakirəlik yoxlanışından keçirilməsini dayandırmağa çağırıblar.

İnsan haqları fəalları İndoneziyanı milli orduya çağırılan qadın səfərbərlərin bakirəlik yoxlanışından keçirilməsini dayandırmağa çağırıblar.

Human Rights Watch (HRW) təşkilatının müraciətində deyilir ki, “qızlıq pərdəsinin” yoxlanması təhqiramiz prosedurdur.

İndoneziya ordusu isə bu tədbiri müdafiə edərək bildirir ki, yoxlama əxlaqsız qadınların orduya qəbul edilməsinin qarşısını almaq üçündür.

İndoneziya polisi belə yoxlamalara görə artıq ötən il tənqidlərlə üzləşməli olub.

İşgəncə Qurbanlarının Beynəlxalq Bərpa Şurası (İnternational Rehabilitation Council for Torture Victims - IRCT) isə bəyan edib ki, bakirəlik yoxlamaları qadın hüquqlarının kobudcasına pozulması deməkdir.

IRCT və HRW bildiriblər ki, bakirəlik yoxlamasına həmçinin zabitlərin nişanlıları məruz qalırlar.

Dünya Səhiyyə Təşkilatı (The World Health Organization) bakirəlik testlərini seksual zorakılıq forması hesab edir.

Təşkilat bildirir ki, qızlıq pərdəsi ən müxtəlif səbəblərdən natamam ola bilər.

Bu da bildirilir ki, bundan əvvəlki tənqidlər müəyyən fayda verib. İndoneziya hökuməti hökumət qulluğuna işə götürülən qadınların bakirəlik yoxlamalarını dayandırıb.

Yava adasının bəzi yerlərində orta məktəbə başlayan qızların yoxlanması da bu ildən ləğv edilib.

XS
SM
MD
LG