Azərbaycan ağırlıqqaldırma yığmasının baş məşqçisi Əfsət Əfsətov tutduğu vəzifədən azad olunub. 2001-ci ildə Ağırlıqqaldırma Federasiyasının və «AZAL»ın prezidenti Cahangir Əsgərovun dəvəti ilə Moskvadan Bakıya gələn cənab Əfsətov isə belə gözlənilməz qərarın arxasında qurumun vitse-prezidenti Vahid Nəzərovun durduğunu bildirir.