Keçid linkləri

Təcili xəbərlər
2021, 01 Mart, Bazar ertəsi, Bakı vaxtı 17:53

Filippində ayaqqabı fabrikində baş verən yanğında azı 72 adam ölüb


Foto arxiv

Mayın 14-də Filippində ayaqqabı fabrikində baş verən yanğın nəticəsində azı 72 adam ölüb.

Xilasedicilər 2 mərtəbəli binada axtarış əməliyyatları aparırlar.

İndiyədək tapılan cəsədlərin demək olar ki, əksəriyyəti tamamilə yanmış, tanınmaz vəziyyətdədir.

İkimərtəbəli fabrik “Kentex Manufacturing Inc” şirkətinə məxsusdur.

İlkin məlumata görə, yanğın qaynaq işləri zamanı baş verib.

Qaynaqdan qopan qığılçımlar kimyəvi maaddə olan qaba düşüb və partlayış baş verib.

XS
SM
MD
LG