Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 14:38

Səudiyyə kralı Obamanın görüşünə getməyib


Səudiyyə kralı prezident Obama ilə görüşə öz əvəzinə iki şahzadə göndərib.
Səudiyyə kralı prezident Obama ilə görüşə öz əvəzinə iki şahzadə göndərib.

Əvəzində Obama Ağ Evdə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Mohammed bin Nayef və onun müavini Mohammed bin Salman-ı qəbul edib.

Prezident Barack Obama-nın administrasiyası Səudiyyə kralı Salmanın Körfəz liderlərinin görüşünə qatılmamasın əhəmiyyətini azaltmağa çalışıb.

Bu sammitin Qərb-İran sövdələşməsinə görə gərgin keçəcəyi gözlənilir. Səudiyyə ABŞ və İran arasında yaxınlaşmaya mənfi yanaşır.

Əvəzində Obama Ağ Evdə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Mohammed bin Nayef və onun müavini Mohammed bin Salman-ı qəbul edib.

Obama bu görüşün əvvəlində deyib ki, ABŞ-Səudiyyə dostluğunun tarixçəsi prezident Franklin Roosevelt-dən başlanır.

“Biz həmin dostluğu bu çətin zamanlarda da davam etdiririk” – deyib ABŞ prezidenti.

Kral Salman Ağ Evdəki görüşə və ABŞ prezidentinin Kemp Deviddəki iqamətgahında cümə axşamı keçirilən Körfəz Əməkdaşlıq Şurasının sammitinə getməmək qərarını gözlənilmədən qəbul edib.

Ağ Evin sözçüləri bu hadisənin kralın “İran məsələsinə” görə saymazlığı kimi qəbul edilməməsinə çalışıblar.

Josh Ernest bildirib ki, kral Salman ötən həftə John Kerry ilə görüşərkən Kemp Devid sammiti barədə heç bir narahatlıq ifadə etməyib.

XS
SM
MD
LG