Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:41

Müsavatda «Siyasi məhbuslara azadlıq» tələbilə aclıq aksiyası başlanıb


Müsavatda aclıq aksiyası - 13 may 2015
Müsavatda aclıq aksiyası - 13 may 2015

-

Mayın 12-si axşam saatlarından Müsavat Partiyası qərargahında «Siyasi məhbuslara azadlıq!» tələbi ilə müddətsiz aclıq aksiyası başlanıb.

Bu haqda AzadlıqRadiosuna partiya başqanı Arif Hacılı məlumat verib. Onun dediyinə görə, bu prosesə regionlarda da qoşulanlar var:

Müsavatda aclıq aksiyası - 13 may 2015
Müsavatda aclıq aksiyası - 13 may 2015

«Bu günlərdə Müsavat Partiyası siyasi məhbusların durumu ilə bağlı dəyirmi masa keçirdi. Burada aclıq aksiyasının keçirilməsi ilə bağlı qərar qəbul olundu. Mayın 12-dən həmin aksiya başlanıb. Artıq 7 müsavatçı bu aksiyada iştirak edir. Aksiyaçılara siyasi məhbusların yaxınları baş çəkir. Bu proses genişlənir. Regionlarda da bu aksiyaya qoşulanlar var. Məqsəd yerli və beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycanda olan siyasi məhbus probleminə cəlb etmək, məhbusların azadlığa çıxmaları istiqamətində töhfələr verməkdir».

Mayın 5-də Müsavat Partiyasının qərargahında siyasətçilər, hüquq müdafiəçiləri vəmedia nümayəndələri iştirak ilə siyasi məhbuslarla bağlı dəyirmi masa keçirilmişdi.

XS
SM
MD
LG