Keçid linkləri

Təcili xəbərlər
2021, 25 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 05:11

Cameron “islamçı ekstremistlərə” hücum vəd edir


David Cameron

-

Britaniya baş naziri David Cameron mayın 13-də özünün dediyi kimi, “zəhərli islamçı ekstremist ideologiya”ya qarşı qanunvericiliyi elan edəcək. Ötən həftə parlament seçkisində qazandığı gözlənilməz qələbədən sonra Milli Təhlükəsizlik Şurası ilk dəfə toplanacaq. Gözlənir ki, həmin qanunvericiliklə Cameron ekstremist təşkilatları qadağan edəcək, fərdlərin gəncləri radikallaşdırma cəhdlərini məhdudlaşdıracaq, ekstremistlərin digərlərinə təsir göstərməyə çalışdığı yerləri bağlayacaq.

İslam Dövləti silahlı qruplaşmasının cəlladı “Cihadçı John”un Londondan Mohammed Emwazi olduğu üzə çıxandan sonra Britaniya diqqət mərkəzindədir. Bundan başqa yüzlərlə gəncin İD-in tərkibində vuruşmaq üçün Britaniyanı tərk etməsi barədə də məlumatlar yayılıb.

“Uzun müddət biz, passiv şəkildə tolerant cəmiyyət olmuşuq və vətəndaşlarımıza demişik ki, qanuna əməl etdiyiniz halda sizə toxunmayacağıq,” Cameron-un ofisi mayın 12-də onun gözlənən çıxışından sitatlar yayıb. “Hökumət bu səhifəni çevirəcək. Biz ekstremistlərin qalibiyyətinə yol verməməliyik”.

XS
SM
MD
LG