Keçid linkləri

Təcili xəbərlər
2021, 06 May, Cümə axşamı, Bakı vaxtı 19:26

Pekin Minskə milyardlar ayırır


Belarus prezidenti Alyaksandr Lukashenka çinli həmkarıyla sənədimzalama mərasimində

-

Çin bu aydan Belarusa 7 milyard dollarlıq kredit xətti açmağa razılaşıb. Belarusun iqtisadiyyat naziri Uladzimer Zinouski mayın 11-də deyib ki, kreditin 3 milyard dolları aşağı faizlə ayrılacaq, 4 milyard dollar isə Belarus banklarına kommersiya layihələrinin maliyyələşdirilməsi üçün veriləcək.

Zinouski-nin sözlərinə görə, 130 milyon dollar humanitar layihələr üçün nəzərdə tutulub. Nazir kreditin qaytarılma vaxtı barədə bir söz deməyib.

Çin prezidenti Xi Jinping mayın 10-da Minskə 3 günlük səfər gəlib. Bu, Çin rəhbərinin Belarusa on ildən artıq bir müddət ərzində ilk səfəridir.

XS
SM
MD
LG