Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:44

Sumqayıtın "yaşıl donu"nu əlindən alırlar


Arxiv fotosu
Arxiv fotosu

-

Sumqayıt sakini Anar Süleymanov "Qaynar xətt"ə şəhərdəki yaşıllıqların məhv edilməsindən, sahibsiz heyvanlarlın güllələnməsindən narahatlığını bölüşüb. Sakini şəhərdəki yaşıllıqların məhvindən tutmuş sahibsiz heyvanların güllələnməsinədək hər şey narahat edir.

"DEYİRLƏR, HƏR ŞEY İCRA HAKİMİYYƏTİNİN ƏLİNDƏDİR"

"Sumqayıtın yaşıl donuna ziyan vururlar. Burada son vaxtlar çoxillik ağacları məhv edirlər və demək olar ki, yaşıllıqların "soyqırımı” hər gün vüsət alır. Çox təəssüflər olsun ki, bu hadisələr Sumqayıt Şəhər İcra Hakimiyyətinin gözü qarşısında baş verir. İkinci problemsə, sahibsiz heyvanların güllələnməsidir. Bildiyiniz kimi, ölkəmiz 2007- ci ilin 31 mayında "Ev heyvanlarının mühafizəsi haqqında" Avropa Konvensiyasına qoşulub. 2011-ci ilin mart ayında isə Nazirlər Kabineti sahibsiz heyvanları qoruyan qanun qəbul edib. Heyvanlara işgəncə vermə və ya öldürməyə görə 500 manat cərimə nəzərdə tutulub. Bu yaxınlarda Sumqayıt Şəhər İcra Hakimiyyətinin qarşısında silahlanmış şəxs günorta vaxtı itləri güllələyirdi. Dəhşətlisi odur ki, bu, uşaqların gözü qabağında baş verirdi. İstəməzdik ki, uşaqlarımız heyvanlara qarşı olan bu amansız və qəddarlıq atmosferində böyüsünlər".

İCRA HAKİMİYYƏTİ: İŞİNİZ-GÜCÜNÜZ QURTARIB...

Sakinin sözlərinə görə, müvafiq orqanlara bu problemlə bağlı müraciət etdikdə, heç qurumdan quru cavab da ala bilmirlər.

"Qeyri-rəsmi isə cavabları bu olur ki, başqa çıxış yolumuz yoxdur. Hər şey İcra Hakimiyyətinin əlindədir. Məni narahat edən odur ki, sahibsiz heyvanlar üçün hələ də sığınacaqlar sığınacaqlar tikməyib. Sonuncu dəfə İcra Hakimiyyətində olanda dedim ki, heç olmasa sahibsiz itlər üçün sığınacaqlar tikin, dedilər, heç adamlara sığınacaq tikmək imkanı yoxdur, sən isə itlətə görə sığınacaq tələb edirsən. Başa düşmürəm, bu qədər büdcəyə gələn pullar hara gedir ki, bu dövlətin nə insana, nə heyvana sığınacaq tikmək imkanı yoxdur".

Sakinin suallarına cavab tapmaq üçün Sumqayıt şəhər icra hakimiyyətinə zəng etdik. Qurumdan sualları dinlədikdən sonra "işiniz-gücünüz qurtarılb" deməklə kifayətləndilər və dəstəyi asdılar.

XS
SM
MD
LG