Keçid linkləri

Təcili xəbərlər
2020, 05 Dekabr, şənbə, Bakı vaxtı 15:56

Poroshenko müharibədə təxminən 7 min mülki sakinin öldüyünü deyir


Petro Poroshenko

“1 ildən çöxdur ki,Ukraynanın şərqində gedən müharibədə təxminən 7 min mülki sakin ölüb”.

Bunu Ukrayna prezidenti Petro Poroshenkomayın 8-də ölkə parlamentində çıxış edərkən deyib.

O bundan başqa mindən çox adamın itkin düşdüyünü bildirib.

BMT-nin məlumatına görə, isə bu münaqişədə 6100 nəfərə yaxın adam ölüb.

Poroshenko həmçinin Rusiyanın təcavüzü nəticəsində 1657 Ukrayna əsgərinin həlak olduğunu deyib.

Qərb və Kiyev Moskvanı Ukraynanın şərqindəki rusiyapərəst separatçıları dəstəkləməkdə günahlandırır.

Moskva ittihamı rədd edir.

XS
SM
MD
LG