Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:31

Britaniya: Exit-poll üstünlüyü mühafizəkarlara verir


Təhlilçilərin əksəriyyəti bu nəticələrlə razılaşır, lakin bildirirlər ki, sürprizlər hələlik istisna edilməyib.

BBC-nin sifarişi ilə məntəqə qapılarının bağlandığı vaxtda NOP/MORİ şirkətinin elan etdiyi ən son exit-poll-un nəticələrinə görə hakim Mühafizəkarlar Partiyasının 316, əsas müxalifət partiyası olan leyboristlərin isə 239 mandata sahib olacaqları proqnozlaşdırılır.

Exit-poll-un nəticələri Şotlandiya Millətçi Partiyasının ölkədə üçüncü siyasi qüvvəyə çevrildiyini göstərir. Onların 58 mandat əldə edəcəyi gözlənilir.

Mühafizəkarların koalisiya müttəfiqi olan Liberal Demokrat Partiyası 10 mandatla dördüncü yerdədir.

Təhlilçilərin əksəriyyəti bu nəticələrlə razılaşır, lakin bildirirlər ki, sürprizlər hələlik istisna edilməyib.

XS
SM
MD
LG