Rusiya və Türkiyə yaxın mənzilli birgə raket kompleksi yaradıb.
RİA Novostinin məlumatına görə, bunu 7-də İstanbulda jurnalistlərə "Rosoboroneksport"un rəsmisi Anatoli Aksenov deyib.
Söhbət Rusiya raket kompleksinin Türkiyə platformasına inteqrasiyasından gedir.
Yeni raket kompleksi “İqla-S” adlandırılıb.
Aksenovun sözlərinə görə, kompleks artıq sınaqdan keçirilib və hazırda sifarişçilərlə danışıqlar aparılır.
Amma hələlik layihənin detalları barədə ətraflı məlumat verilmir.