Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:18

Arsenal əfsanəsi Tony Adams toyda «Nənəm sizə elçi gəlir» oynayır- [video]


Tony Adams toyda
Tony Adams toyda

-

Britaniya qəzeti Arsenal əfsanəsi Tony Adams-ın Azərbaycan toyunda rəqsindən yazdı

Britaniyanın «Daily Mirror» qəzeti yazır ki, «bir vaxtlar Tony Adams əllərini yalnız bir halda yuxarı qaldırardı: oyundan kənar vəziyyəti göstərmək üçün».

«Amma bu videodan göründüyü kimi, indi o Azərbaycan toyunda heç nəyə məhəl qoymadan əl-qolunu atır» – yazır «Mirror».

Xəbərdə deyilir ki, keçmiş İngiltərə millisi müdafiəçisinin rəqsinə hər bir ingilis qibtə edə bilər.

«Bəs o Azərbaycanda nə edir? – deyə soruşur qəzet və özü də cavab verir – Gözəl sualdır. O hazırda Azərbaycanın yüksək liqasında oynayan «Qəbələ» klubunun idman direktorudur. O 2010-cu ildə Qəbələyə artıq bir il menecerlik edib, indi təkrar ora, vəzifəyə qayıdıb».

Tony Adams-a İngiltərədə ona görə «əfsanə» deyirlər ki, o «Arsenal» futbol klubundakı 22 illik karyerası ərzində 669 dəfə meydançaya çıxıb.

Qəzet yazır ki, toydakı qonaqlardan biri Adams-ı zürafəyə bənzədib.

«Amma çətini başlamaqdır, - deyib həmin qonaq, - Cənab Tony bir balaca məşq eləməlidir» – yazır «Mirror».

XS
SM
MD
LG