Keçid linkləri

2025, 14 İyun, şənbə, Bakı vaxtı 05:08

Daha 3 nəfər aclıq aksiyasına qoşuldu


«Azadlıq» qəzetinin redaksiyasında aclıq aksiyası keçirənlərin sayı 9 nəfərə çatıb. Noyabrın 5 və 6-da aksiya iştirakçılarına daha 3 nəfər-Liberal Partiyasından Nadir Ağayev, Vətəndaş və İnkişaf Partiyasından Eldar Həsənov və Azərbaycan Xalq Cəbhəsi Partiyasından Ceyhun Musayev qoşulublar.


Müxalifətdə olan dörd partiyanın birləşdiyi Azadlıq blokunun təşəbbüsü ilə başlanan bu aksiya artıq 8-ci gündür davam edir. Onlar Azadlıq qəzetinin Xəqani «küçəsi 33» ünvanındakı binasından bu qəzetin və orada yerləşən digər təşkilatların – o cümlədən «Turan» İnformasiya Agentliyinin, AXCP-nin çıxarılmasına etiraz edirlər. Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi «Azadlıq» qəzetinin redaksiyanın yerləşdiyi Xaqani küçəsindəki binanın boşaldılaraq bu quruma verilməsi barədə 1 Saylı İqtisad Məhkəməsində iddia qaldırıb.


XS
SM
MD
LG