Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:16

Türkiyədən toyuq və yumurta gətirilməsinə qadağa


Foto illüstrasiya
Foto illüstrasiya

-

Türkiyədə yüksək patogenli «quş qripi» yayıldığı üçün Azərbaycan bu ölkədən diri quş, quş məhsulları və eləcə də damazlıq yumurta idxalını müvəqqəti dayandırıb.

Bu haqda Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti mayın 5-də sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (BEB) rəsmi məlumatına görə, Türkiyənin Balikəsir bölgəsində toyuqlar arasında yüksək patogenli «quş qripi» (H5N1) xəstəliyi yayılıb. Azərbaycan həm buna, həm də başqa dövlətlərdən keçə biləcək yoluxucu və ekzotik xəstəliklərdən qorunmaq zərurətini nəzərə alaraq Türkiyənin Balikəsir və ona yaxın Kutahya, Bursa, İzmit, Bandırma, Çanaqqala, Berqama, Akhisar və Manisa bölgələrindən quş, quş məhsulları və damazlıq yumurta idxalını dayandırır.

Nazirliyin saytında yerləşdirilən məlumatda deyilir ki, bu xəstəlikdən qorunmaq məqsədilə müvafiq strukturlara məlumat və tapşırıqlar verilib.

XS
SM
MD
LG