Keçid linkləri

2017, 21 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 04:44

.


AzadAvropa/AzadlıqRadiosu 2015-2016-cı illər üçün Vaclav Havel jurnalist təqaüdü proqramını elan edir. Proqramın məqsədi plüralizm naminə azad və müstəqil mediası olmayan ölkələrdəki perspektivli jurnalistlərin peşəkar fəaliyyətlərini davam etdirmələrnə kömək göstərməkdir. Çex Respublikasının keçmiş prezidenti, dissident dramaturq Vaclav Havel-in jurnalistikaya dəstəyi bu proqramın yaradılmasına stimul verib.

Təqaüd proqramı AzadlıqRadiosu və Çex Respublikası Xarici İşlər Nazirliyinin birgə təşəbbüsüdür, Praqa Azadlıq Fondu və Dagmar və Vaclav Havel Fondu VIZE97-nin dəstəyi ilə həyata keçirilir.

Təqaüdü qazananlar AzadlıqRadiosunun Praqadakı ofisindəki təcrübə keçmək, peşəkarlarla işləmək təcrübəsi əldə edəcəklər.

Ərizələr 2015-ci il mayın 31-dək, Mərkəzi Avropa vaxtıyla (CET) saat 24:00-dək havelfellowship@rferl.org ünvanına göndərilməlidir.

Müsabiqə üçün tələb olunan sənədlərin siyahısını, eləcə də müsabiqə haqqında daha ətraflı məlumatı bu linkdən götür.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG