Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:25

Filarmoniya bağında Kitab Bayramı olacaq


Foto illüstrasiya
Foto illüstrasiya

-

Mayın 6-da Filarmoniya bağında VII Kitab Bayramı keçiriləcək.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbir Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunacaq.

Kitab bayramında 20-ə yaxın nəşriyyatın kitabları, eləcə də, Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən Moskvada nəşr olunmuş 126 Azərbaycan və xarici ölkə müəlliflərinin 309 adda kitabı sərgilənəcək.

Tədbir çərçivəsində açıq havada Bakı Uşaq Teatrının narkomaniya ilə mübarizə mövzusunda və Balaxanı qəsəbə Mədəniyyət evinin Kukla Xalq Teatrının maraqlı tamaşaları nümayiş etdiriləcək.

«Canlı klassika – 2015» gənc qiraətçilərin III Beynəlxalq bədii qiraət müsabiqəsinin milli final mərhələsi qaliblərinin təltifolunma mərasimi də bu məkanda keçiriləcək.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi şəhər sakinlərini və qonaqları VII Kitab bayramında iştiraka çağırır.

Kitab bayramımayın 6-sı saat 11.00-dən 19.00-dək davam edəcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG