Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 02:01

«Quş qripi» ilə bağlı növbəti monitorinq keçirilir


Foto illüstrasiya
Foto illüstrasiya

-

Azərbaycanda «quş qripi» ilə bağlı növbəti monitorinq başlayıb.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti məlumat yayıb.

Bildirilir ki, köçəri quşların yaz miqrasiyası nəzərə alınaraq mayın 4-dən növbəti monitorinq başlayıb. Monitorinq DBNX-nin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılır.

Nəzarət tədbirinin köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli qoruq və parklarda, həmçinin ölkənin dəniz sahili zonalarında həyata keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, monitorinq aparılan müddətdə quşçuluq və şəxsi təsərrüfatlardan da nümunələrin götürülməsi planlaşdırılır.

Monitorinq zamanı götürüləcək qan və patoloji materiallar Respublika Baytarlıq Laboratoriyasında müayinə olunacaq.

Nəticələr mayın 15-də açıqlanacaq.

XS
SM
MD
LG