Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Noyabr, şənbə, Bakı vaxtı 06:22

Məhəmməd peyğəmbərin karikatura müsabiqəsində silahlılar öldürülüb


Londonda müsəlman etirazçılar, fevral, 2015-ci il

-

ABŞ-ın cənubunda Dallas şəhəri yaxınlığında Məhəmməd peyğəmbərin karikaturalarının müsabiqəsində atəş açan iki silahlı öldürülüb.

Garland şəhəri rəsmiləri bildirir ki, silahlılar tədbir keçirilən incəsənət mərkəzinə gəlib və təhlükəsizlik əməkdaşlarına atəş açıb. Polis cavab atəşi ilə həmin iki naməlum şəxsi öldürüb.

Müsabiqəni Amerika Azadlığın Müdafiəsi Təşəbbüsü keçirirdi, Məhəmməd Peyğəmbərin ən yaxşı karikaturasına 10 min dollar mükafat veriləcək.

Peyğəmbərin təsvirinin çəkilməsi radikal islamçıları qəzəbləndirir. Yanvarda islamçı silahlılar Fransada satirik Charlie Hebdo jurnalının ofisinə hücum edib, 12 nəfəri qətlə yetirib. Həmin jurnal Məhəmməd Peyğəmbərin karikaturalarını dərc edir.

XS
SM
MD
LG